M.Zaxarova: Bir sıra siyasi qüvvələrin Azərbaycandakı prezident seçkilərinə mənfi yanaşması hələ seçkilər keçirilənədək aydın görünürdü

Prezident İlham Əliyev Gürcüstanın xarici işlər nazirini qəbul edib
Pandemiya dövründə qan donoru olmaq üçün tələblər açıqlanıb
“Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası Cəlilabad rayonunda təşkil olunacaq

Bir sıra siyasi qüvvələrin Azərbaycandakı prezident seçkilərinə mənfi yanaşma meyli hələ seçkilərin özü keçirilənə qədər aydın görünürdü.

Bunu RF Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvada keçirdiyi brifinqdə MDB dövlətləri və Qərb ölkələrinin beynəlxalq müşahidəçilərinin seçkiləri qiymətləndirməsinin fərqliliyi ilə bağlı sualı cavablandırarkən deyib.

Onun sözlərinə görə, Qərbdəki bir sıra qeyri-hökumət təşkilatlarının təmsilçiləri, Qərb ölkələrinin rəsmi nümayəndələri tərəfindən təkcə Azərbaycana deyil, bir sıra ölkələrə qarşı belə münasibət sərgilənir. “Şübhəsiz ki, onlar öz sözlərini deməlidir. Lakin bununla bağlı biz çox gözəl başa düşürdük və deyirdik ki, bir sıra siyasi qüvvələrin Azərbaycandakı seçkiləri mənfi qiymətləndirmə meyli hələ seçkilərin özünədək, bu cür qərəzli və əvvəlcədən formalaşdırılmış yanaşma olduğu zaman aydın idi”, -deyə M.Zaxarova vurğulayıb.

Fəridə Abdullayeva, AZƏRTAC-ın xüsusi müxbiri

Moskva