Zəngilanın bir yaz səhəri…

Ahıllar və müharibə ilə əlaqədar əlilliyi olan şəxslər arasında futbol matçı keçirilib
Bakıda D-8 Media Forumu keçirilir
Azərbaycan, Rusiya və Monqolustan prezidentləri cüdo üzrə dünya çempionatının qarışıq komanda yarışlarına baxırlar

İşğaldan azad olunan Zəngilan rayonunda dağların ətəkləri sarı çiçəklərlə bəzənib, təmiz yaz havası insana xoş ovqat bəxş edir. Digər yaşayış məntəqələrimiz kimi, Məmmədbəyli kəndi də öz sakinlərinə qovuşub. Kənddə müasir evlər və arxada qarlı zirvələr gözəl bir mənzərə yaradır.

Uşaq bağçasının həyətində balacalar yeni günə idmanla başlayırlar. Müəllimlər uşaqlara müxtəlif hərəkətlər öyrədir, onların üzündə sevinc və həvəs görünür. Oyun meydançasında digər uşaqlar yelləncək və sürüşkəndə əylənirlər, gülüş səsləri ətrafa yayılır.

Zəngilanın bu yaz səhəri əmin-amanlığın, inkişaf və yeni həyatın təzahürüdür.

AZƏRTAC-ın bölgə müxbiri Məmmədbəyli kəndindən fotoları təqdim edir.

Müxbir – Aydın Yavərzadə

AZƏRTAC