Prezident İlham Əliyev “Azərxalça” ASC-nin Xaçmaz filialının açılışında iştirak edib

Prezident Naxçıvanda yaşayan şəhid ailələri və qazilərin evlə təmin olunması üçün 1 milyon manat ayrılmasına dair sərəncam imzalayıb
Azərbaycan və Türkiyə vətəndaşları üçün birgə iş axtarışı platforması yaradılır
Qərbi azərbaycanlı Əkbər ağa İbrahim oğlu Şeyxülislamov

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Xaçmaz filialının açılışında iştirak edib.

AZƏRTAC xəbər verir ki, “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Vidadi Muradov dövlətimizin başçısına müəssisə barədə məlumat verdi.

Azərbaycan Prezidenti müəssisənin rəmzi açılışını bildirən lenti kəsdi.

Prezident İlham Əliyev filialın kollektivi ilə görüşdü.

Müəssisənin işçisi Zahirə Beydullayeva və filialın direktoru Sevda Xəlilova göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirdilər.

Sonda xatirə şəkli çəkdirildi.