ABŞ-dan müstəqil müşahidəçi: Azərbaycanda prezident seçkiləri zamanı seçici fəallığı hətta ABŞ-dakı seçkilərdən də yüksəkdir

Bakıda “Ermənilər Cənubi Qafqazda” kitabının təqdimatı olub
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məlumatı
Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərinin təşviqat mərhələsi başa çatdı

Bütün seçki məntəqələrində çox yüksək seçici fəallığı müşahidə olunur. Trend-in məlumatına görə, bu barədə açıqlamasında altı məntəqədə olan Mərkəzi Avropa Siyasi Monitorinq Qrupunun müşahidəçilər missiyasının tərkibində olan ABŞ-dan müstəqil müşahidəçi Solomon Ortiz bildirib. O, həmçinin bütün seçki prosesinə hazırlığın yüksək səviyyədə olduğunu vurğulayıb.

Onun sözlərinə görə, seçkiləri müşahidə zamanı əsas məqamlardan biri səsvermə prosesində qayda pozuntularının olmaması və yüksək səviyyəli şəffaflıqdır.

2,5 min seçicinin qeydiyyatda olduğu 22 saylı Nəsimi ikinci Dairə Seçki Komissiyasının 21 və 22 saylı məntəqələrində səsvermə prosesini izləyən Ortiz bildirib: “Seçici fəallığı hətta ABŞ-dakı seçkilərdən də yüksəkdir, seçkilərin özü isə bütün beynəlxalq standartlara cavab verir”.

Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilir. Seçki məntəqələri saat 08:00-da açılıb və 19:00-da bağlanacaq.

Prezident seçkisində 10 namizəd mübarizə aparır. Bunlar Yeni Azərbaycan Partiyasından (YAP) partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyev, Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə, öz təşəbbüsü ilə namizədliyini irəli sürmüş, deputat Zahid Oruc, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev, “Demokratik Qüvvələrin Milli Şurası” Seçicilərin Təşəbbüs Qrupu tərəfindən namizədliyi irəli sürülmüş Cəmil Həsənli, Ədalət Partiyasının sədri, deputat İlyas İsmayılov, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğludur. /Trend/