Azərbaycan hökuməti 2018-ci ildə Cənubi Qafqazda insan, pul və materialların yerdəyişməsi ilə məşğul olan terror qruplaşmalarının səylərinin qarşısını almaq, onları aşkarlamaq, qarşısını almaq üzərində fəal işləyib.
“Report” ABŞ Dövlət Departamentinin saytına istinadən xəbər verir ki, bu fikirlər Dövlət Departamentinin ayrı-ayrı ölkələrin terrorla mübarizədə gördüyü tədbirlər barədə yaydığı hesabatda yer alıb.
Hesabatın Azərbaycana dair “2018 Terrorist Incidents: There were no reported terrorist incidents in Azerbaijan in 2018” hissəsində respublikamızın terrorçuluğa qarşı fəal mübarizə apardığı bildirilir.
“Azərbaycanın hüquq-mühafizə orqanları və təhlükəsizlik xidmətləri terror aktlarının qarşısının alınması ilə bağlı əməliyyatlar keçirib, terrorçuluqda şübhəli bilinənləri həbs edib, həmçinin Azərbaycandan xaricdəki terror qruplaşmalarının tərkibində döyüşənləri, terror qruplaşmalarına qoşulmaqda, maliyyə yardımı etməkdə şübhəli bilinənləri (xaricdən ölkəyə qayıdanları – red) məsuliyyətə cəlb edib”, – deyə sənəddə qeyd olunur.
ABŞ Dövlət Departamenti Azərbaycanda sabitliyin mövcud olduğunu xüsusi olaraq qeyd edib:
“2018-ci il Azərbaycanda terror aktı qeydə alınmayıb.
Ötən il Azərbaycanda 2018-ci ildə maliyyə tranzaksiyalarına nəzarət üçün hüquq-mühafizə orqanlarının səlahiyyətlərinin genişləndirilməsi ilə bağlı qanunvericiliyə düzəliş edilib, hansılar ki, hökumətin fikrincə, terrorçuluğun maliyyələşdirilməsində istifadə oluna bilər.
Azərbaycanın təhlükəsizlik xidməti və hüquq-mühafizə orqanları ölkə ərazisində terror aktlarının qarşısını almaq, aşkarlamaq qabiliyyətini kifayət qədər nümayiş etdirib. Terrorçuluqla mübarizə üçün məsuliyyət bir neçə dövlət orqanının üzərinə düşür.
Azərbaycanın Daxili İşlər Nazirliyi əsas hüquq-mühafizə orqanıdır və onun Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə nazirliyin antiterrorizm səylərinə rəhbərlik etmək həvalə olunub.
Azərbaycan terrorçuların və cinayətkarların siyahılarından, o cümlərdən limanlara giriş zamanı bioqrafiklər/biometrik yoxlamalardan istifadə edib. Azərbaycanın hüquq-mühafizə orqanları və təhlükəsizlik xidmətləri öz aralarında, həmçinin regional və beynəlxalq partnyorlarla informsiya mübadiləsi aparır”.
Qeyd edək ki, hesabatda Azərbaycanın ayrı-ayrı dövlət orqanları, onların strukturu barədə məlumat verilir.
“Mətbuatın məlumatına görə, noyabrın 23-də (2018-ci il – red) Suriyadakı terrorçuları maliyyələşdirməkdə şübhəli bilinən 3 nəfər – İlqar Ağayev, Sahil İbrahimov və Namiq Məmmədov həbs ediliblər”, – deyə sənəddə əlavə olunur.
Dövlət Departamentinin hesabatında eləcə də Azərbaycanın Avropa Şurasının, ATƏT-in, İslam Əməkdaşlıq Təşkilatının və digər beynəlxalq qurumların üzvü olduğu, NATO-nun antiterror təşəbbüslərini alyansın “Sülh naminə tərəfdaşlıq”” proqramına üzv ölkə qismində dəstək verdiyi bildirilir. Qeyd edilir ki, Azərbaycan NATO-nun Əfqanıstandakı “Qətiyyətli dəstək” missiyası çərçivəsində bu ölkəyə sülhməramlılarını göndərib və Əfqanıstan Milli Ordusunun Etimad Fonduna ianə verib.
Hesabatda Azərbaycanın terrorçuluğa qarşı mübarizə, təhlükəsizlik məsələləri üzrə məsul olan dövlət orqanlarının funksiyasına, görülən digər işlərə də toxunulub.
Qeyd edək ki, hesabatda bəzi ölkələr barədə tənqidi fikirlər yer alıb. Buna görə bir sıra dövlətlər sənədə etiraz bildiriblər.
report.az