ABŞ rəsmiləri AVCİYA – nın Şirvan ofisində olublar

Xocalı faciəsi -2006-2007
Sual-cavab
Elxan Süleymanov: “Sərsənglə bağlı AŞPA məruzəçisi dekabrın 14-də Azərbaycana səfər edəcək”

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin II katibi Reyl Kembel AVCİYA – nın Şirvan şəhərindəki regional nümayəndəliyinin ofisinə gələrək AVCİYA təmsilçiləri ilə görüşüb. Görüşdə iştirak edən regional nümayəndəliyin rəhbəri Hafis Bağırov qonaqlara regiondakı ictimai – siyasi vəziyyət, Milli Məclisə seçkilərlə əlaqədar AVCİYA – nın fəaliyyət proqramına uyğun olaraq Şirva, Hacıqabul, Sabirabad və Saatlı rayonlarında gördüyü işlər barədə geniş məlumat verib.
R. Kembeli Şirvan şəhərinə səfərdə ABŞ səfirliyinin siyasi məsələlər üzrə müşaviri müşayət edib.

AVCİYA Mətbuat Xidməti