AVCİYA nümayəndəsi Zaqatalada Böyük Britaniya diplomatı ilə görüşdü

AVCİYA Lənkəranda layihəyə yekun vurdu
“Daha gözəl Azərbaycan naminə: Azərbaycançılıq və Heydər Əliyev irsi” mövzusunda seminarlar keçiriləcək
AVCİYA müşahidəçilik institutunu tam formalaşdırıb

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Zaqatala regional nümayəndəliyinin rəhbəri Asif Bayramov 18 avqust 2010 – cu il tarixdə regiona səfər etmiş Böyük Britaniyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfirinin siyasi məsələlər üzrə katibi Katrin Klevlə AVCİYA-nın regional ofisində görüşüb. Görüşdə regionun ictimai siyasi vəziyyəti, konkret olaraq insan haqları, o cümlədən azsaylı xalqların hüquqları, dini qurumlar və noyabr ayında keçiriləcək parlament seçkilərinə hazırlığın vəziyyəti müzakirə olunub.
A. Bayramov qonaqlara müzakirə olunan məsələlərlə bağlı ətraflı məlumat verib. O, həmçinin AVCİYA Seçki Qərargahının parlament seçkilərinə hazırlıqla bağlı iyun və avqust aylarında keçirdiyi iki tədbir barədə ətraflı məlumat verərək, yaxın gələcəkdə görüləcək işlərlə də dioplomatı tanış edib. AVCİYA – nın seçki müşahidəçiləri və koordinatorları arasında azsaylı xalqların nümayəndələrinin də olması, onların da treninqlərdə fəal iştirakı qonaqların diqqətinə çatdırılıb. Bir saat davam edən görüşdən sonra qonaqlar AVCİYA nümayəndəsi ilə birlikdə ingiloyların kompakt yaşadığı Əliabad, avarların kampakt yaşadığı Danaçı kəndlərində olmuş, yerli sakinlərlə söhbətlər aparmışlar.

AVCİYA Mətbuat Xidməti