ABŞ səfirliyinin nümayəndələri AVCİYA –nın Xaçmaz ofisində olublar

1905.az portalının Diskussiya Klubunda “Şamaxı soyqırımı” mövzusunda tədbir keçirilib
AVCİYA-nın müşahidəçiləri səsverməni izləməkdə problemlə üzləşiblər
Ağ Evin saytında açılmış petisiya ilə bağlı Neft və Sənaye Universitetində görüş keçirilib

ABŞ səfirliyinin siyasi işlər üzrə müşaviri B. Buchet və II katib B. Kembel Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Xaçmaz regional nümayəndəliyinin ofisində olublar. Regional nümayəndəliyin rəhbəri Solmaz Mehdiyeva qonaqlara regiondakı ictimai – siyasi vəziyyət, AVCİYA – nın seçkilərlə bağlı fəaliyyət proqramı, seçki maarifçiliyi ilə bağlı keçirilmiş seminarlar, AVCİYA – nın seçkilərlə bağlı nəşr etdiyi kitablar və s. barədə geniş məlumat verib. O həmçinin reğion üzrə AVCİYA – nın 500 müşahidəçinin seçkiləri müşaidə edəcəyini qonaqların diqqətinə çatdırıb.
Görüşün sonunda seçkilərlə bağlı əməkdaşlığın gələckdə də davam etdirilməsi barədə razılıq əldə olunub.

AVCIYA Mətbuat Xidməti