Ağ Evin saytında açılmış petisiya ilə bağlı Neft və Sənaye Universitetində görüş keçirilib

7 Sentyabr 2013-cü il tarixində Tərtər şəhərində keçirilmiş “SOS Sərsəng” beynəlxalq konfransda Tariel Hüseynovun (Fövqəladə Hallar Nazirliyinin İnfrastrukturun İnkişafı Baş İdarəsinin rəisi) çıxışı
7 Sentyabr 2013-cü il tarixində Tərtər şəhərində keçirilmiş “SOS Sərsəng” beynəlxalq konfransda Elxan Suleymanovun yekun sözü
Tanınmış amerikalı radioaparıcı dinləyicilərə Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verəcək

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Barak Obama administrasiyasına ünvanladığı “Ədalətin Bərqərar Olunması və Böyük Fəlakətin Qarşısının Alınması Naminə” petisiya layihəsi çərçivəsində Neft və Sənaye Universitetində görüş keçirilib.

APA-nın məlumatına görə, universitetin prorektoru Rafiq Camalov layihənin əhəmiyyətindən danışıb, Neft və Sənaye Universitetinin tələbələrini səsvermədə fəal olmağa çağırıb.

Petisiya ilə bağlı çıxış edən siyasi elmlər doktoru Ramiz Sevdimaliyev bildirib ki, səsvermədə 13 yaşdan yuxarı hər kəs iştirak edə bilər. Müraciətə qoşulanlar Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarının azad edilməsinə, bölgədə humanitar fəlakətin qarşısının alınmasına yardım etməyə çağırırlar.

Qeyd edək ki, Ağ Evin saytında açılmış petisiyaya qoşulmaq üçün https://petitions.whitehouse.gov/petition/establish-justice-and-prevent-great-catastrophe linkinə daxil olmaq lazımdır.