Ağdərə və Xocalı rayonlarına növbəti köç karvanları yola salınıb

Şamaxının millət vəkili 9-cu dəfə Qəhrəman Anaları təbrik etdi
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
İlham Əliyevin Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili ilə təkbətək görüşü olub

Ağdərə rayonunun Vəngli, Çıldıran, Aşağı Oratağ, Heyvalı, Çapar və Xocalı rayonunun Daşbulaq kəndlərinə köç karvanları yola salınıb.

“Report” xəbər verir ki, köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Ağdərənin Vəngli kəndinə 4 ailə (18 nəfər), Çıldıran kəndinə 2 ailə (5 nəfər), Aşağı Oratağ kəndinə 9 ailə (56 nəfər), Heyvalı kəndinə 3 ailə (13 nəfər), Çapar kəndinə 2 ailə (6 nəfər), Xocalının Daşbulaq kəndinə isə 1 ailədən ibarət 4 nəfər köçürülüb.

Report