Ağdərənin Həsənriz kəndinə köçən ailələrə evlərinin açarları təqdim olunub

Bu gün “Azərbaycan-Türkiyə qardaşlığı əbədi və sarsılmazdır” devizi altında hərbi yürüşlər keçirilib
İşğaldan azad olunmuş Azərbaycan ərazilərinin bərpası və yenidən qurulmasına gələn ilin dövlət büdcəsindən 2,2 milyard manat ayrılacaq
Türkiyənin İzmir şəhərində “Star” neft emalı zavodunun açılış mərasimi olub Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mərasimdə iştirak ediblər

Bu gün 25 ailədən ibarət 91 nəfər Ağdərə rayonunun Həsənriz kəndinə köçüb. Ailələr evlərinin açarlarını təhvil alıblar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ailələrə mənzillərin açarlarının təqdim edilməsi mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri, mətbuat nümayəndələri və digər şəxslər iştirak ediblər.

Ailələri qarşılayan Elçin Yusubov bildirib ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq və işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Ağdərə rayonunun Həsənriz kəndinə köç mərhələli şəkildə həyata keçiriləcək. Bu gün Ağdərənin Həsənriz kəndinə ilk köç reallaşıb.

Doğma yurda qayıdan keçmiş məcburi köçkünlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Sonda kəndə köç edən ailələr mənzillərini təhvil alıb və öz evlərində məskunlaşıblar.

Qeyd edək ki, kənd elektrik enerjisi, içməli su və təbii qazla təmin edilib.

AZƏRTAC