Almaniyalı müşahidəçi: Hazırda Azərbaycanda qalmaqaldan kənar seçki prosesi gedir

MSK-ya daxil olan müraciətlə bağlı məsələ müzakirə olunub
Heydər Əliyev Mərkəzində 200-dək unikal musiqi aləti sərgilənəcək
“Gender bərabərliyinin və qadın hüquqlarının təşviqində vətəndaş cəmiyyətinin rolu” adlı konfrans keçirilir

Hazırda Azərbaycanda qalmaqaldan kənar bir seçki prosesi gedir. Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında almaniyalı müşahidəçi Sara Naxama bildirib. S.Naxamanın sözlərinə görə, insanlar çox mehribandırlar: “Bizim suallarımıza çox yaxşı cavab verirdilər. Biz hər yerə rahat gedə bilirik. İnsanlar bir-birinə qarşı çox anlayışlıdırlar. Heç kəs kimisə əzib qabağa keçmək istəmir, bəzi ölkələrdə olduğu kimi. Qanunlara riayət edirlər”.

Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilir.

Prezident seçkisində 10 namizəd mübarizə aparır. Bunlar Yeni Azərbaycan Partiyasından (YAP) partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyev, Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə, öz təşəbbüsü ilə namizədliyini irəli sürmüş, deputat Zahid Oruc, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev, “Demokratik Qüvvələrin Milli Şurası” Seçicilərin Təşəbbüs Qrupu tərəfindən namizədliyi irəli sürülmüş Cəmil Həsənli, Ədalət Partiyasının sədri, deputat İlyas İsmayılov, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğludur.

Azərbaycanın Mərkəzi Seçki Komissiyası tərəfindən 5 145 643 seçici qeydə alınıb. /Trend/