“Ana harayı” abidəsini ziyarət əvvəlki illərdən fərqli təşkil ediləcək

Bakıda Beynəlxalq Enerji Xartiyası ölkələrinin nazirlərinin görüşü keçiriləcək
Bakıda Azərbaycan Gənc Alimlərinin I Qurultayı keçirilir
Nyu-Meksiko ştatının Nümayəndələr Palatası Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar qətnamə qəbul edib

Fevralın 26-da “Ana harayı” abidəsini ziyarət əvvəlki illərdən fərqli təşkil ediləcək.

Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, hər il olduğu kimi, bu il də xalqımız Xocalı soyqırımı qurbanlarının unudulmaz və əziz xatirəsini böyük kədər və hüznlə qeyd edəcək, vətəndaşlarımız anım mərasimlərinə qatılacaqlar.

“Lakin bu zaman onların koronavirus infeksiyasına yoluxma risqinin çox olmasını və mövcud karantin rejiminin tələblərini nəzərə alaraq bu il Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar paytaxtın Xətai rayonu ərazisində yerləşən abidəni ziyarət əvvəlki illərdən fərqli təşkil ediləcək. Belə ki, “Ana harayı” abidəsini ziyarət etmək istəyən vətəndaşlar mütləq qaydada tibbi maskadan istifadə etməli və sosial məsafənin qorunması üçün beş nəfərdən artıq qruplarda toplaşmamalıdırlar. Ona görə də vətəndaşlar abidənin ətrafına beş nəfərlik qruplarla daxil olmalı və dayanmadan ziyarətlərini başa vurub ərazidən çıxmalıdırlar. Abidənin ətrafında insanların toplaşması yolverilməzdir. Ziyarətə gələnlərin təhlükəsiz hərəkətlərini təmin etmək məqsədilə “Ana harayı” abidəsi istiqamətində olan küçə və prospektlərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Bu tələblər yalnız vətəndaşların sağlamlıqlarının və təhlükəsizliklərinin qorunması məqsədi daşıyır və əminik ki, ziyarətçilər anlayışla qarşılayacaqlar”, -məlumatda vurğulanıb.

Report