ANAMA işğaldan azad edilmiş ərazilərlə bağlı həftəlik məlumatı açıqlayıb

VIII Qlobal Bakı Forumu işə başlayıb Azərbaycan Prezidenti İlham Əliyev Forumun açılış mərasimində çıxış edib
Daxili İşlər Nazirliyi vətəndaşların müvəqqəti qeydiyyatının ləğvinin səbəblərini açıqlayıb
Prezident İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka səfərə gəlib

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən minatəmizləmə əməliyyatları barədə həftəlik məlumatı açıqlayıb.

ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, fevralın 21-dən 26-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 33, tank əleyhinə 24 mina və 266 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Həftə ərzində 94,8 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.

AZƏRTAC