ANAMA: İşğaldan azad olunmuş ərazilərdə ötən həftə 126 mina aşkarlanıb

Prezident Administrasiyasının məsul işçiləri şəhər və rayonlarda vətəndaşları qəbul edəcək
Məzahir Pənahov: Seçkiləri işıqlandırmaq üçün KİV-lərə hər cür şərait yaradılır
ATƏT/DTİHB-nin Azərbaycanda prezident seçkilərini müşahidə missiyası fəaliyyətə başlayıb

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı təqdim edib.

ANAMA-dan  bildiriblər ki, mayın 17-dən 22-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılmış əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 93, tank əleyhinə 33 mina və 873 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 243 hektardan çox ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

AZƏRTAC