ANAMA: Şuşaya atılmış raket “İskəndər-M”dir

Sosial Tədqiqatlar Mərkəzinin “Azərbaycanda pandemiya ilə mübarizə ictimai rəydə” analitik hesabatı dərc edilib
İlham Əliyev Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında iştirak edib
Azərbaycan heyəti “Sülh körpüsü” dəyirmi masasında iştirak etmək üçün Ermənistana gedib

“Martın 15-də Agentlik tərəfindən Şuşa şəhərində aparılan təmizləmə əməliyyatı zamanı iki müxtəlif yerdən raket qalıqları aşkar olundu”.

“Report”un xəbərinə görə, bu sözləri Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Operativ Qərargahının rəisi İdris İsmayılov deyib.

O qeyd edib ki, aparılan tədqiqat zamanı raketin üzərində olan “9M723” indeks kodu yoxlanılıb:

“Bu zaman məlum olub ki, bu, “İskəndər” raketinin qalıqlarıdır. Həmin qalıqlar bir-birindən 780 metr məsafədədir. Son aparılan araşdırma nəticəsində qənaətə gəlindi ki, atılmış raket “İskəndər-M” raketidir. Hazırda partlayış yerində və ətrafında ilkin tədqiqatlar keçirilməkdədir”.

Report