Ankarada Azərbaycan və Türkiyə parlament sədrlərinin görüşü olub

Xocalı soyqırımında iştirakını etiraf edən Madat Babayan 19 il müddətinə azadlıqdan məhrum olunub
İƏT çərçivəsində Kibertəhlükəsizlik üzrə Nazirlər Şurası yaradılıb
Orta əsrlərdə İrəvan xanlığında, Zəngəzur, Göyçə, Ağbaba, Dərələyəz və digər mahallarda yalnız azərbaycanlılar yaşayırdı

Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova Ankaraya rəsmi səfəri çərçivəsində dekabrın 18-də Türkiyə Böyük Milli Məclisində olub və burada türkiyəli həmkarı Numan Kurtulmuş ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, tərəflər arasında əvvəlcə təkbətək, daha sonra geniş tərkibdə danışıqlara başlanılıb.

Müzakirələrdən sonra parlament sədrləri mətbuata açıqlamalar verəcəklər.

Səfər çərçivəsində bundan əvvəl Azərbaycan nümayəndə heyəti Türkiyə Respublikasının qurucusu və ilk Prezidenti Mustafa Kamal Atatürkün məqbərəsini ziyarət edib.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri