Ankarada Azərbaycan və Türkiyə parlament sədrlərinin görüşü olub

Bakıda “Dünya İnkişafı haqqında Hesabat”ın təqdimatı keçirilir
Məmmədbəyli kəndində daha 33 ailəyə evlərinin açarları təqdim olunub
Çempionlar Liqası: “Qarabağ” bu gün İtaliyada “Napoli”nin qonağı olacaq

Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova Ankaraya rəsmi səfəri çərçivəsində dekabrın 18-də Türkiyə Böyük Milli Məclisində olub və burada türkiyəli həmkarı Numan Kurtulmuş ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, tərəflər arasında əvvəlcə təkbətək, daha sonra geniş tərkibdə danışıqlara başlanılıb.

Müzakirələrdən sonra parlament sədrləri mətbuata açıqlamalar verəcəklər.

Səfər çərçivəsində bundan əvvəl Azərbaycan nümayəndə heyəti Türkiyə Respublikasının qurucusu və ilk Prezidenti Mustafa Kamal Atatürkün məqbərəsini ziyarət edib.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri