AŞPA COVID-19 pasportunun tətbiqi ilə bağlı qətnamə qəbul edib

İgidlərimizi tanıyaq!
Bakıda AVRO-2020-nin oyunlarının keçiriləcəyi şənbə və bazar günləri ictimai nəqliyyat və metro işləyəcək
Sərhəddə COP29 vizası ilə gələn əcnəbilər üçün yoxlanış 45, Azərbaycan vətəndaşları üçün 30 saniyə nəzərdə tutulub

Avropa Şurası Parlament Assambleyası (AŞPA) “COVID-19 sertifikatları: fundamental hüquqların qorunması və hüquqi nəticələri” adlı qətnamə qəbul edib.

“Report”un yerli bürosunun məlumatına görə, sənəddə COVID-19 pasportunun tətbiqi ilə bağlı qərar verən ölkələrin sayının artdığı qeyd olunub.

“AŞPA bu pasportların verilməsi zamanı hər bir şəxsin vəziyyətinə uyğun gələn fərqli münasibət göstərilməsinin ayrı-seçkiliyə aparıb çıxara biləcəyindən və beləliklə, bunun insan hüquqları və azadlığına mənfi təsir göstərə biləcəyindən narahatlığını bildirir. Bu səbəbdən AŞPA tövsiyə edir ki, şəxsi məlumatların qoruna bilməsi üçün COVID-19 pasportu sistemi aydın hüquqi əsaslara, hərtərəfli zəmanətə əsaslanmalıdır”, – qətnamədə vurğulanıb.

Sənəddə bildirilib ki, pandemiya başa çatdıqdan sonra sistemdəki məlumatlardan sui-istifadə olunmaması üçün ciddi nəzarət yaradılmalıdır: “Eyni zamanda COVID-19 pasportu verilərkən görülən tədbirlər Avropa Şurasının şəxsi məlumatlar və şəxsi həyata dair hüquqi normalarına uyğun şəkildə həyata keçirilməlidir”.

Report