Ölkədə vaksinasiya olunanların sayı 3 milyonu ötüb

Azərbaycan nümayəndə heyəti “SAHA 2026” sərgisində iştirak edir
Azərbaycan ilə Fransa arasında hərbi-texniki sahədə əməkdaşlıq üçün yaxşı imkanlar var
BMT-nin Baş katibi Hörmüz boğazında naviqasiya azadlığına hörmətlə yanaşmağa çağırıb

Azərbaycanda bu gün 42 843 nəfər vaksinasiya olunub.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 22 284, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 20 559 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 3 032 516, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 1 971 930, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 1 060 586 nəfər təşkil edir.

Report