ATƏT-in sədri yeni xüsusi elçilərinin adlarını açıqlayıb.

Xocalı soyqırımının ildönümü ilə bağlı bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Gərəkli yaşamağı bacarmaq
Ermənistan seçiciləri ”real Ermənistana” və regional sülhə səs verdi, amma…

ATƏT-in hazırkı sədri, İsveç xarici işlər naziri Ann Linde yeni xüsusi elçilərinin adlarını açıqlayıb.

“Report” xəbər verir ki, təşkilat sədrinin Cənubi Qafqazdakı xüsusi elçisi vəzifəsinə isveçli diplomat Annika Söder təyin olunub.

A.Söder Avropa Sülh İnstitutunun qubernatorlar komitəsinin sədridir. 2014-2019-cu illərdə İsveç xarici işlər dövlət katibi vəzifəsində çalışıb.

Xatırladaq ki, bu il ATƏT-də sədrlik İsveçə məxsusdur. 2022-ci ildə bu vəzifə Polşaya keçəcək.

Report