Xocalı soyqırımının ildönümü ilə bağlı bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

1,4 mindən çox şəxsə veteran adı və müvafiq vəsiqəsi verilib
Azərbaycanın sabiq naziri Şeyxülislamzadənin XALQIMIZA MÜRACİƏTİ
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət ediblər

Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq.

Bu barədə “Report”a Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, hərəkətin məhdudlaşdırılması faciə qurbanlarının xatirəsini yad edənlərin rahat, fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə həyata keçirilir.

Fevralın 26-da səhər saat 08:00-dan mərasim qurtaranadək Xocalı prospekti ilə kəsişən, birləşən və paralel olan Mehdi Mehdizadə, Kamandar Əhmədov, Ayaz İsmayılov, Süleyman Vəzirov və İzzət Orucov küçələrində avtomobillərin hərəkəti məhdudlaşdırılmaqla istiqamət dəyişdiriləcək.

“Bu istiqamətdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə edilməsi, ictimai nəqliyyata üstünlük verilməsi tövsiyə olunur”- deyə məlumatda qeyd edilir.

Report