ATƏT rəsmisi AVCİYA Seçki Qərargahının rəhbəri ilə görüşüb

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosasiyasının (AVCİYA) Azərbaycan Respublikası 01 NOYABR 2015-Cİ İL MİLLİ MƏCLİS Seçkilərinin uzunmüddətli müşahidəsinə dair HESABAT
Obama administrasiyasına ünvanlanan petisiya çərçivəsində Bakı Slavyan Universitetində görüş keçirilib
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası Seçki Qərargahı PRESS RELIZ

ATƏT-in Seçkiləri Müşahidə Missiyasının başçısı, səfir Odri Qlover Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı ilə görüşüb. Görüşdə bu il keçiriləcək Milli Məclisə seçkilər ərəfəsi ölkədəki ictimai-siyasi vəziyyət, imzatoplama və namizədlərin qeydiyyatdan keçmə mərhələsində mövcud olan problemlər müzakirə olunub.
M.Zülfüqarlı səfirə AVCİYA-nın seçkilərlə bağlı fəaliyyət proqramı barədə ətraflı məlumat verib. Səfirin diqqətinə xüsusilə təşkilatın seçkiqabağı dövr üçün hazırladığı aralıq hesabatı çatdırılıb. Həmçinin seçki günü 4400 məntəqədə müşahidə aparılaçağı, müşahidəçilər üçün 500 min tirajla yaddaş kitabçasının nəşr olunaraq paylandığı, AVCİYA-nın regionlarda olan 43 təlimçisinin müşahidəçilərə bu günə qədər 36 seminarın keçirdikləri kimi çox aktual məsələlərdən danışılıb. Qərargah rəhbəri eləcə də bu tədbirlərin oktyabrın axırına qədər davam edəcəyini bildirməklə yanaşı, assosiayanın 16 mart 2010-cu il tarixdə seçkilərlə bağlı keçirdiyi beynəlxalq konfrans, həmin konfransda ATƏT təmsilçisi Conatan Stonstritin məruzəsi və s. məsələlər barədə ətraflı məlumat verib.
Görüşün sonunda ATƏT-in Seçkiləri Müşahidə Missiyası ilə AVCIYA Seçki Qərargahı arasında əməkdaşlığın davam etdirilməsi, hazırlanacaq sənədlərin qarşılıqlı surətdə göndərilməsi barədə razılıq əldə olunub.
Görüşdə ATƏT-in Seçkiləri Müşahidə Missiyasının siyasət üzrə təhlilçisi Marian Qabriel də iştirak edib.