ATƏT/DTİHB-nin Ehtiyacların Dəyərləndirilməsi Missiyası Azərbaycana səfərin yekunları ilə bağlı hesabat yayıb

Prezident İlham Əliyev Zəfər parkında olub
Şərq Tərəfdaşlığı ölkələri Xarici İşlər nazirlərinin Aİ-nin qonşuluq və genişlənmə məsələləri üzrə komissarı ilə görüşü olub
BSU-da Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının üzvləri ilə seminar keçirilib

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) Ehtiyacların Dəyərləndirilməsi Missiyası Azərbaycana səfərin yekunlarına dair hesabat yayıb.

AZƏRTAC-ın ATƏT-in saytına istinadla verdiyi məlumata görə, hesabatda deyilir ki, aprelin 11-də keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün Azərbaycan Respublikası Hökumətinin dəvətindən sonra ATƏT/DTİHB-nin Ehtiyacların Dəyərləndirilməsi Missiyasının nümayəndələri seçkilərə hazırlığı və ölkəmizdəki seçkiöncəsi mühiti öyrənmək məqsədilə fevralın 21-22-də Bakıda səfərdə olub. Hesabatda səfər çərçivəsində keçirilən görüşlər barədə məlumat verilir.

Hesabatın nəticəsinə görə, ATƏT/DTİHB-nin Ehtiyacların Dəyərləndirilməsi Missiyası Azərbaycanda keçiriləcək prezident seçkilərinə müşahidə missiyası göndərməyi tövsiyə edir. Həmçinin hesabatda bütövlükdə seçki prosesini izləmək məqsədilə uzun müddət üçün 30 müşahidəçinin və səsvermə günündə müşahidələr aparmaq üçün isə 280 nümayəndədən ibarət qısamüddətli missiyanın göndərilməsi tövsiyə olunur.