AVCİYA 1918-ci il mart soyqırımına həsr olunmuş tədbir keçirdi

ISESCO Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində su kanalı çəkilməsi ilə bağlı hərəkətlərini pisləyir
İstanbulda “Hər kəs üçün davamlı inkişaf və sülh” devizi ilə 9-cu Boğaziçi Forumu keçirilir
Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB birgə məlumat yayıb

AVCİYA 1918-ci il mart soyqırımına həsr olunmuş tədbir keçirdi Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasında (AVCİYA) 1918-ci il mart soyqırımının ildönümü ilə bağlı dəyirmi masa keçirib.

Şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlanan tədbirdə AVCİYA-nın Prezidenti Elxan Süleymanovun assosiasiyanın çoxcəhətli fəaliyyəti barədə çıxışı dinlənilib. Daha sonra AVCİYA ekspertləri t.ü.e.d., prof. Məhərrəm Zülfüqarlı və f.ü.e.d., prof. Asif Hacılı məruzələrlə çıxış ediblər.

AVCİYA-nın I vitse-prezidenti, t.ü.e.d., prof. Məhərrəm Zülfüqarlı assosiasiyanın 1918-ci il mart soyqırımı ilə bağlı gördüyü işlər barədə qısa məlumat verdi. Məruzəçi qeyd etdi ki, assosiasiya fəaliyyətə başladığı gündən hər il xalqımızın taleyüklü məsələləri ilə bağlı müxtəlif tədbirlər həyata keçirir. O, bildirdi ki, tədbirlərlə yanaşı AVCİYA ekspertləri bu sahədə elmi tədqiqatlar da apararaq kitablar nəşr etdiriblər. Məruzəçi qeyd etdi ki, assosiasiya 2011-ci ilin mart ayında Şamaxı şəhərində mart soyqırımı ilə bağlı müxtəlif ölkələrdən olan Avropa Şurası və Milli Məclisin deputatlarının iştirakı ilə elmi-praktik konfrans və AVCİYA-nın hazırladığı“Şamaxı soyqırımı – 1918. SHAMAKHİ GENOCİDE 1918. (Azərbaycan və ingilis dillərində)” kitabının təqdimatını keçirmişdir. O, həmçinin 2017 və 2018-ci illlərdə AVCİYA ekpertlərinin hazırladığı “Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi. Göyçay döyüşləri (iyun-iyul 1918)” və Göyçay döyüşləri -Türkiyə tarixşünaslığında” kitablarında 1918-ci ilin iyununda bolşevik və erməni birləşmələrinin Hacıqabul-Kürdəmir istiqamətində törətdikləri soyqırım tədqiq olunduğu da tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Daha sonra AVCİYA-nın eksperti, f.ü.e.d.,professor Asif Hacılı məruzə ilə çıxış edərək ermənilərin 1918-ci ildə Borçalıda törətdiyi qoyqırım haqqında geniş məlumat verib. Məruzəçi həmçinin Axıska türklərinin acı taleyi barədəapardığı elmi araşdırmaları da tədbir iştirakçılarının diqqətinə çatdırıb. Məruzələrdən sonra tədbir iştirakçılarının sualları cavablandırılıb.

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Mətbuat Xidməti