AVCİYA bələdiyyə seçkiləri ilə bağlı Qubada seminar keçirdi

Azərbaycan Prezidenti İlham Əliyev Serbiyaya işgüzar səfərə gəlib
ABŞ Özbəkistanda gənclərin məşğulluq Proqramı üçün 10 milyon dollar ayırıb
Bu gün Quba Soyqırımı Memorial Kompleksi onlayn ziyarət olunacaq

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Seçki Qərargahı  bələdiyyə seçkiləri ilə əlqədar növbəti seminarı Qubada keçirib.

Tədbiri giriş sözü ilə açan AVCİYA-nın  Quba regional koordinatoru E. Xeyrullayev qarşldan gəkən bələdiyyə seçkilərinin Azərbaycan Respublikasının beynəlxalq imicinin artırılmasındakı mühüm əhəmiyyətindən danışıb. Seminarda həmçinin müşahidəçilərin hüquq və vəzifələri, seçki günü onların görəcəyi işlər barədə də tədbir iştirakçıları  məlumatlandırıb. Bundan başqa seminar iştirakçılarına ölkədə keçiriləcək növbədənkənar parlament seçkilərini zəruri edən səbəbər də izah olunub. Daha sonra AVCİYA Seçki qərargahının rəhbəri, t.ü.e.d.,professor Məhərrəm Zülfüqarlı tədbir içtirakçları qarşısında geniş məruzə ilə çıxış edib. O, bildirib ki, bu yaxınlarda AVCİYA Bələdiyyə seçkiləri ilə bağlı aralıq hesabatını ictimaiyyətə təqdim edib. Bundan başqa M. Zülfüqarlı seminar iştirakçılarına bələdiyyə seçkiləri ərəfəsi mövcud ictimai-siyasi vəziyyət, bələdiyyələrin cəmiyyətdəki hazırkı durumu, bələdiyyələrin qanunvericilik bazası, yerli özünüidarə sahəsində beynəlxalq təcrübə, Azərbaycanda bələdiyyə institutunun keçdiyi tarixi yol və digər məsələlər haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.

Tədbirin sonunda seminar iştirakçılarının müxtəlif suallarına cavab verilmiş, Respublikada bələdiyyələrin fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılmış, həmçinin müşahidəçilərə AVCİYA-nın  hazırladığı “Müşahidəçilər üçün Yaddaş Kitabçası” təqdim olunub.

 AVCİYA Seçki Qərargahı