AVCİYA ilə AŞPA müşahidə missiyası arasında təcrübə mübadiləsi davam etdiriləcək

Məhərrəm Zülfüqarlı: “Rusiya Ukraynada uduzduğu kimi, Qarabağda da uduzacaq”
AVCİYA Seçki Qərargahının rəhbəri Prezidentliyə namizəd İ. Ağazadə ilə görüşdü
Bakıda Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsinin iyirminci ildönümünə həsr olunmuş Beynəlxalq bayram tədbiri başa çatmışdır

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı Avropa Şurasının Bakı ofisində Robert Uolterin rəhbərlik etdiyi Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) prezident seçkilərini müşahidə missiyasının üzvləri ilə görüşüb.

AVCİYA-dan APA-ya verilən məlumata görə, görüşdə Seçki Müşahidə Missiyasının 7 üzvi iştirak edib.

M. Zülfüqarlı AVCİYA-nın yarandığı gündən bu günə kim gördüyü işlər, bu il keçiriləcək prezident seçkiləri ilə bağlı assosiasiyanın fəaliyyəti, assosiasiyanın regional ofislərinin gördüyü işlər, assosiasiyanın apardığı uzunmüddətli müşahidənin nəticələrini əks etdirən aralıq hesabat, seçki ilə əlaqədar KİV-in fəaliyyəti ilə əlaqədar aparılan monitorinqin nəticələri, nəşr olunan kitab və bülletenlər, regionlarda müşahidəçilər üçün keçirilən treninqlər və s. barədə məlumat verib.

AŞPA müşahidə qrupunun üzvləri prezident seçkiləri ilə bağlı görəcəyi işlər barədə AVCİYA nümayəndəsini məlumatlandırıb. Görüşdə həmçinin seçkiqabağı mühitlə bağlı fikir mübadiləsi aparılıb. Bundan başqa, namizədlərin imza toplama və qeydiyyatdan keçmə prosesi, təşviqat kampaniyası üçün ayrılmış yerlər, KİV-in fəaliyyəti və s. barədə müzakirələr keçirilib.

Sonda AVCİYA ilə AŞPA müşahidə missiyası arasında təcrübə mübadiləsinin davam etdirilməsinə dair razılıq əldə olunub.