AVCİYA-nın müşahidəçiləri səsverməni izləməkdə problemlə üzləşiblər

Elxan Süleymanov Avropa Şurasının Sərsəng bəndi ilə bağlı məruzəçisi ilə görüşüb
M.Ə.Sabirin yaradıcılığına həsr olunan II Bədii Qiraət müsabiqəsi keçirilir
Elxan Süleymanov: “Qarabağ dondurulmuş münaqişə statusundan çıxıb”

Bu barədə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) seçki qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı məlumat verib. Onun sözlərinə görə, qurumun müşahidəçiləri bu faktı 57 saylı Kürdəmir Seçki Dairəsinin 18 saylı seçki məntəqəsində aşkarlayıblar. M. Zülfüqarlı Bakı şəhəri üzrə bir çox məntəqədə məntəqə sədrlərinin müşahidəçilərə seçki prosesini izləməkdə problemlər yaratdığını da bildirib: “Bəzi məntəqə sədrləri məlumatsız şəxslərdən təyin olunub. Bizim müşahidəçilər MSK-da qeydiyyatdan keçdiyi halda, həmin müşahidəçilərə məntəqə sədrləri irad tuturlar ki, DSK-da qeydiyyatdan keçsinlər. DSK-ların müdaxiləsindən sonra problem həllini tapıb”.
Qeyd edək ki, AVCİYA Azərbaycan Milli Məclisinə keçirilən seçkilərdə 106 dairə üzrə 4400 məntəqədə müşahidə aparır.