AVCİYA-nın “Sərsəng harayı” layihəsi beynəlxalq arenada

Elxan Süleymanov: “Azərbaycanın problemlərini dünya ictimaiyyəti qarşısında inadkarlıqla qaldırmalıyıq”
Ermənistan ordusunun bölmələrinin açdığı atəş nəticəsində Ağcabədi sakini yaralanıb
Ermənistan silahlı qüvvələrinin törətdikləri təxribata cavab olaraq “qisas əməliyyatı” keçirilib
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) “Sərsəng harayı” layihəsinin icrasına 25 may 2013-cü ildə başladı. Layihənin əsas məqsədi beynəlxalq ictimaiyyət, nüfuzlu beynəlxalq qurumlar tərəfindən Ermənistanın işğal edilmiş Azərbaycan ərazilərində yerləşən su təchizatı və irriqasiya sistemlərinin beynəlxalq hüququn fundamental prinsipləri pozmaqla qeyri-qanuni blokada etməsininin kəskin şəkildə pislənilməsinə, Ermənistanın su anbarı və bütün əlaqəli irriqasiya sistemləri üzərindəki nəzarəti əvvəlki beynəlxalq qətnamələrə uyğun şəkildə Azərbaycan hakimiyyətinə təhvil verməyə məcbur edilməsinə nail olmaq idi. Layihə çərçivəsində Sərsəng su anbarının təsiri altında olan rayonlarda dəyirmi masalar, rəsm müsabiqəsi, Sərsəngə yürüş aksiyası və sair bu kimi tədbirlər keçirilmiş, beynəlxalq konfrans təşkil edilmiş, “Sərsəng SOS: təhlükə altında qalan tarixi və mədəniyyət abidələri”, “Sərsəng SOS: Humanitar Böhran Təhdidi” və “Sərsəng SOS: Məhvə Məhkum Ətraf Mühit” adlı kitablar nəşr edilmişdir. Sərsəng probleminin beynəlxalq aləmə çatdırılması üçün Sərsəngin təsiri altında olan rayonların sakinlərinin minlərlə məktubları, onların həyəcanlı çağırışları beynəlxalq təşkilatlara ötürülürdü. Sadalanan bu fəaliyyətlər AVCİYA-nın Sərsənglə bağlı yerli səviyyədə apardığı işlər idi. Hazırda Sərsəng harayı AVCİYA tərəfindən beynəlxalq arenaya çıxarılır. Belə ki, 15 dekabr 2015-ci ildə Avropa Komissiyasının “H2020” adlı qrant müsabiqəsinə təqdim edilmiş 59 layihədən yalnız birinin – “Su ehtiyyatları və iqlim dəyişikliyinə kompleks yanaşma” layihəsinin maliyyələşdirilməsinə qərar verildi. Layihə 26 avropa təşkilatı tərəfindən təsis olunan, AVCİYA-nın daxil olduğu beynalxalq konsorsium tərəfindən Avropa Komissiyasına təqdim edilmişdir. Layihə çərçivəsində mövcud beynəlxalq metodologiyalarından, qiymətləndirmə indiqatorlarından istifadə olunması yolu ilə Azərbaycanda su ehtiyyatları ilə bağlı mövcud vəziyyət, eləcə də Sərsəng su anbarının işğalda qalması və Ermənistanın bu faktdan istifadə etməklə Azəbaycanın su ehtiyyatları və iqlim dəyişikliyinə təsiri nəticəsində yaranmış vəziyyət konsorsium tərəfindən tədqiq edilərək beynəlxalq ictimaiyyətə çatdırılacaqdır. Qeyd edək ki, bir müddət öncə Sərsəng su anbarı problemi AVCİYA-nın prezidenti, Millət Vəkili, Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü Elxan Süleymanov tərəfindən beynəlxalq arenaya çıxarılmışdır. Belə ki, cənab Elxan Süleymanov tərəfindən AŞPA-ya təqdim edilmiş qətnamə təklifi əsasında, 23 noyabr 2015-ci ildə AŞPA Sosial Komitəsində məruzəçi Miliça Markoviçin hazırladığı “Azərbaycanın sərhədyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi” adı qətnamə qəbul edildi. Qətnamədə Ermənistan silahlı qüvvələrinin Sərsəng bölgəsindən dərhal geri çəkilməsi, Ermənistan hakimiyyətinin su ehtiyatlarından münaqişə tərəflərinin yalnız birinin xeyrinə siyasi təsir yaxud təzyiq vasitəsi kimi istifadə etməsinin dayandırılması tələb edilir.
MƏTBUAT XİDMƏTİ