AVCİYA-nın təşkilatçılığı ilə 20 Yanvar – Ümumxalq Hüzn gününə həsr olunmuş dəyirmi masa keçirib

DSMF-nin İdarə Heyətinin sədri ünvanlı sosial yardım almaq istəyənlərə müraciət edib
AVCİYA: İyun ayında mətbuatda seçki ilə bağlı yazılar azalıb
Azərbaycan Universitetinin professorunun Rusiyada iki dərs vəsaiti dərc edilib

Bu gün Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) təşkilatçılığı ilə 20 Yanvar – Ümumxalq Hüzn gününə həsr olunmuş dəyirmi masa keçirilib.

APA-nın məlumatına görə, dəyirmi masada ictimaiyyət nümayəndələri, ziyalılar, QHT təmsilçiləri iştirak ediblər.

Tədbirdə çıxış edən AVCİYA-nın vitse-prezidenti Vəli Əlibəyov 20 Yanvar faciəsi barədə ətraflı məlumat verib.

Dəyirmi masada çıxış edənlər 1980-ci illərin sonlarında yaranmış ictimai-siyasi vəziyyət və 20 Yanvar faciəsini doğuran səbəblərdən, 20 Yanvar faciəsinin Azərbaycan milli-azadlıq hərəkatında yeri və rolundan danışıblar.