Birinci vitse-prezident 21 may – Dialoq və inkişaf naminə Ümumdünya Mədəni Müxtəliflik Günü münasibətilə paylaşım edib

Prezident İlham Əliyev BMT İnkişaf Proqramının rəhbərinin müavinini qəbul edib
Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter ələ keçirilib
Prezident və birinci xanım 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət ediblər

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində 21 may – Dialoq və inkişaf naminə Ümumdünya Mədəni Müxtəliflik Günü münasibətilə paylaşım edib.

Paylaşımda deyilir:

“Bu gün 21 may — Dialoq və inkişaf naminə Ümumdünya Mədəni Müxtəliflik Günüdür. Bu gün dünya xalqlarına bir-birini daha yaxşı anlamağı və başqa millətlərin dəyərlərinə hörmət etməyi öyrənmək imkanı verir. Məhz humanitar əməkdaşlıq, mədəniyyətlərarası əlaqələr, başqa mədəniyyətin qavranılması, onu anlamaq, mahiyyətinə varmaq, kömək etmək cəhdləri müasir dünyamızın tez-tez üzləşdiyi ksenofobiya və terrorizm kimi neqativ hallara qarşı mübarizədə çox mühüm silahdır. Mən dünyanın bütün xalqlarına səmimi-qəlbdən möhkəm cansağlığı və xoşbəxtlik, bütün ölkələrə firavanlıq, sülh, əmin-amanlıq və təhlükəsizlik arzulayıram!”.

AZƏRTAC