AVCİYA nümayəndələri Bərdədə ATƏT-in uzunmüddətli müşahidəçiləri ilə görüş keçiriblər

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı Safari Parkında olublar
Elxan Süleymanov daha 250 ailəyə yardım etdi:bu dəfə Göyçayda
Ombudsman Ermənistanın muzdluları barədə beynəlxalq təşkilatlara müraciət ünvanlayıb

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) seçki qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı və AVCİYA-nın Bərdə rayonu üzrə nümayəndəsi Xaliq Məmmədov Bərdədə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun uzunmüddətli müşahidəçiləri Mario Barfus və Semus Martin ilə görüş keçiriblər. APA-nın xəbərində görə, görüşdə AVCİYA-nın prezident seçkiləri ilə bağlı gördüyü işlər, assosiasiyanın regionlarda müşahidəçilər üçün keçirdiyi seminarlar, namizədlərin təşviqat kampaniyasının gedişi, QHT-lərin seçkiləri müşahidə etməsinin hüquqi bazası,  hər iki qurumun hazırladığı aralıq hesabatlar və s. barədə fikir mübadiləsi aparılıb.

Görüşün sonunda ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun uzunmüddətli müşahidəçilərinin regionlarda fəaliyyət göstərən nümayəndələrinin AVCİYA-nın yerli qurumları ilə əməkdaşlığının davam etdirilməsi ilə bağlı ümumi razılıq əldə olunub.