AVCİYA Parlament seçkiləri ilə bağlı regionlar üzrə müşahidəçilərin seçilməsini başa çatdırıb

İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə 650 min ağac əkiləcək
Azərbaycanın baş konsulu ABŞ-ın ermənipərəst konqresmenlərinə cavab verdi
Prezident İlham Əliyev yerli və xarici media nümayəndələri üçün mətbuat konfransı keçirib

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Seçki Qərargahı Milli Məclisə seçkilərlə əlaqədar regionlar üzrə müşahidəçilərin seçilməsi, onların qeydiyyatdan keçirilməsini başa çatdırıb. AVCİYA-nın Seçki Qərargahının çərşənbə axşamı yaydığı məlumata görə, bu günə qədər müşahidəçilər üçün 36 seminar keçirilib. Konkret olaraq sentyabrın 28-dən oktyabrın 12-nə qədər Lənkəran, Lerik, Masallı, Yardımlı, Cəlilabad, Gəncə, Göygöl, Şəmkir, Ağstafa, Şirvan, Hacıqabul, Sabirabad, Saatlı, Zaqatala, Balakən, Qax, Şəki, Oğuz, Qəbələ, Mingəçevir, Ağdaş, Göyçay, Qobustan rayonlarında və şəhərlərində seminarlar keçirilib.

Bundan əlavə, Bakı şəhəri üzrə müşahidəçilərə AVCİYA Seçki Qərargahında 12 treninq təşkil olunub.

Seçki Qərargahının əməkdaşlarından ibarət 2 qrup treninqlərə nəzarət edib.

Müşahidəçilər üçün seminarları AVCİYA-nın sertifikatını almış 43 nəfərdən ibarət təlimçilər qrupu həyata keçirir.

Azərbaycanda Parlament seçkisi noyabrın 7-də keçiriləcək.

Trend