AVCİYA prezident seçkisinin müşahidəçiləri üçün treninqlər keçirir

ATƏT – in müşahidə missiyası AVCİYA-nın Xaçmaz ofisində olublar
AVCİYA bələdiyyə seçkiləri ilə bağlı Qubada seminar keçirdi
“11 sentyabr terroru: gəlin birlikdə düşünək” mövzusunda Dəyirmi Masa

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafina Yardim Assosiasiyası (AVCİYA) prezident seçkisinin müşahidəçiləri üçün treninqlər keçirir.

Oktyabrın 12-dək davam edəcək treninqlər Bakı şəhərinin rayonlarını, Abşeron və Sumqayıt şəhərini əhatə edir. Treninqlər zamanı müşahidəçilərə AVCİYA seçki qəragahının hazırladığı «2008-ci il prezident seçkilərinin monitorinqi» yaddaş kitabçası və lazımi materiallar olan qovluqlar təqdim olunur.

AVCİYA respublikanın 12 regional mərkəzində müşahidəçilər üçün treninqləri başa çatdırıb. Təşkilat Azərbaycanın Mərkəzi Seçki Komissiyası tərəfindən prezident seçkisində «exit-poll» keçirmək üçün qeydə alınıb. AVCİYA ölkə üzrə bütün mətəqələrdə seçkiləri müşahidə edəcək və «ELS» təşkilatı ilə birlikdə 800 seçki məntəqəsində «exit-poll» keçirəcək. /Trend/