AVCİYA referendumda “exit-poll” keçirəcək

Lənkəran Dövlət Universiteti AVCİYA-nın petisiya layihəsini dəstəkləyib
Namizədin nüfuzu və maliyyə vəsaiti olmalıdır
AVCİYA daha bir seçki hesabatını təqdim etdi

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) martın 18-də keçiriləcək referendumu müşahidə edəcək və “exit-poll” aparacaq. APA-nın məlumatına görə, bu barədə qurumun Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı məlumat verib. Onun sözlərinə görə, hazırda assosiasiya referendumla bağlı maarifləndirmə işləri aparır, bu istiqamətdə kitabça nəşr etdirib. Referendumla bağlı “exit-poll”un isə ötən prezident seçkilərində olduğu kimi 800 seçki məntəqəsində aparılması nəzərdə tutulub. /APA/