AVCİYA regionlarda əhalini kommunal xidmətlər və istehlakçı hüquqları ilə bağlı maarifləndirir

“Keçmiş məhkumların cəmiyyətə inteqrasiyasına və hüquqlarının müdafiəsinə ictimai dəstək” layihəsinin icrası başa çatıb
AVCİYA Seçki Qərərgahı regionlarda görüşləri davam etdirir
Xaricdə oxuyanların işlə təmin olunması problemi müzakirə edilib

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası növbəti layihəsini region sakinlərinə həsr edib. qhtxeber.az-ın məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyilə icra edilən “Kommunal xidmət sahəsindəki problemlərin aradan qaldırılmasına kömək məqsədilə ictimai dəstəyin təşkili, qanunvericilik bazasının gücləndirilməsi üçün tövsiyyələrin hazırlanması” layihəsi çərçivəsində regionlarda əhali kommunal xidmətlər və istehlakçı hüquqları barədə maarifləndiriliblər.
Təşkilatın apardığı araşdırmalar nəticəsində bəlli olmuşdu ki, vətədandaşlar kommunal xidmət sahələri tənzimləyən milli qanunvericilik bazasından tam məlumatsızdırlar ki, bu da bir çox hallarda onların hüquqlarının pozulması ilə nəticələnir. Təşkilat bu problemin xüsusilə regionlarda daha qabarıq olduğu qənaətinə gəlib. Region əhalisinin bu sahənin qanuni tənzimlənmə prosedurlarından, habelə pozulmuş hüquqların bərpa mexanizmindən məlumatsızdırlar. Məhz bu səbəbdən AVCİYA belə bir layihənin icra edilməsi qənaətinə gəldi və qarşıya kommunal sahədə mövcud problemlərin aradan qaldırılmasına, istehlakçıların bu sahədəki hüquqları ilə bağlı məlumatlılıq səviyyəsinin artırılmasına nail olmaq məqsədi qoyub.
Bu məqsədlə Şamaxı, Cəlilabad və Xaçmaz rayonlarında seminarlar təşkil edilib. Seminarlarda kommunal xidmət sahələri, habelə istehlakçıların hüquqları ilə bağlı milli ve beynəlxalq qanunvericilik bazaları ilə bağlı geniş söhbət aparılıb. Seminarlar zamanı aparılan söhbətlər bu layihənin nə dərəcədə zəruri olduğunu və daha geniş formatda keçirilməsinə ehtiyyac olmasını bir daha təsdiq edib.