AVCIYA regionlardan sonra Bakıda treninqlərə start verdi

Mirzə Ələkbər Sabirin yaradıcılığına həsr olunan bədii qiraət müsabiqəsinin hesabat tədbiri keçirilib
AVCİYA Milli Məclisə növbədənkənar seçkilərlə bağlı fəaliyyətini genişləndirir
AVCİYA nümayəndəsi ATƏT Missiyasının nümayəndələri ilə görüşüb
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Milli Məclisə seçkilərlə əlaqədar regionlarda  seminarları yekunlaşdırdıadan sonra Bakıda treniqlərə start verilib.  Assosiasiya 26 oktyabrın 2015-ci il tarixdən başlayaraq  “Ambasador” otelinin konfrans zalında Bakının 13 rayonu, Sumqayıt şəhəri və Abşeron rayonlarının müşahidəçiləri üçün seminarlar başlayıb.
AVCİYA Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı  seminarlarda məruzə ilə çıxış edərək assosiasiyanın seçkilərlə bağlı gördüyü işlər, seçki qabağı  ictimai-siyasi vəziyyət, bəzi beynəlxalq qurumların seçkilərlə bağlı qeyri-konstruktiv mövqeləri haqqında məlumat verib. Daha sonra  o, müşahidəçilərin hüquq və vəzifələri, onların seçki günü fəaliyyətləri, yerli müşahidənin təşkilinin seçkilərin demokratik və şəfaf keçirilməsi üçün əhəmiyyəti və s. məsələləri tədbir iştirakçılarına izah edib. Seminarların sonunda iştirakçıların suallarına ətraflı cavablar verilib.
Seminarlarda AVCİYA Seçki Qərargahının kordinatorları Cavid Camalov, Vasif Rəcəbov, Nisə Rəhimova, Aytac Musayeva və Aygün Heydərova  iştirak edib.