AVCİYA: “Saat 17.00-a olan məlumata görə, seçici fəallığı davam edir”

ABŞ rəsmiləri AVCİYA – nın Şirvan ofisində olublar
AVCİYA Referendumla bağlı geniş fəaliyyət proqramını həyata keçirir
AVCİYA Seçki Qərargahının rəhbəri Prezidentliyə namizəd İ. Ağazadə ilə görüşdü

“Saat 17.00-a olan məlumata görə, seçici fəallığı davam edir. Seçki prosesində kütləvi, kobud qanun pozuntularına rast gəlinməyib. Müəyyən texniki səhvlər, xırda qanun pozuntuları qeydə alınıb. Bütün bu faktlar toplanılır”. Bu açıqlamanı APA-ya Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) seçki qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı verib.

M. Zülfüqarlı AVCİYA müşahidəçilərinin hazırda 5148 məntəqədə seçki prosesini izlədiyini qeyd edib: “Biz seçici fəallığı və qanun pozuntuları ilə bağlı informasiyaları toplayırıq. AVCİYA-nın seçkinin nəticələri ilə bağlı geniş aşıqlaması seçki məntəqələri bağlanandan sonra, təxminən 21.00-da açıqlanacaq”. /APA/