Şamaxı rayonunda “Yetkinlik yaşına çatmayanların tütün məmulatlarına çatımlılığı: problemlər və həlli yolları” mövzusunda  Dəyirmi Masa keçirilib

Prezident İlham Əliyev: “Azərspace 2” peykinin orbitə çıxarılması dövlətimizin növbəti uğurudur
Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrik
Sərtləşdirilmiş xüsusi karantin rejimi 5 avqust saat 06:00-dək davam edəcək

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası və “İnsan Hüquqları XXI əsr-Azərbaycan” fondunun birgə təşkilatçılığı ilə “Uşaqlara siqaret satmaq qadağandır!” ümumrespublika kampaniyası çərçivəsində 03.11.2017-ci il tarixində Şamaxı rayonunda “Yetkinlik yaşına çatmayanların tütün məmulatlarına çatımlılığı: problemlər və həlli yolları” mövzusunda  Dəyirmi Masa keçirilmişdir.

Dəyirmi masanı giriş sözü ilə açan Fondun prezidenti Şahin Camalov ilk növbədə gələn qonaqları salamlamış, layihənin günümüzdəki əhəmiyyəti barədə məlumat vermişdir. Həmçinin, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) eksperti Məhərrəm Zülfüqarlı problemin ciddiliyini diqqətə çatdırmış və bu sahədə ictimai sektorun rolu barədə fikirlərini bölüşmüşdür. Daha sonra cari ilin mart ayında Bakı şəhərində “ELS” müstəqil araşdırmalar mərkəzi tərəfində həyata keçirilmiş sosioloji tətqiqatın nəticələri təqdim edilmişdir. Şamaxı rayon polis şöbəsinin Yetkinlik yaşına Çatmayanlarla Profilaktik İşin Təşkili qrupunun ispektoru Şaiq Qulamov gənclərin zərərli vərdişlərdən uzaqlaşdırması istiqamətində apardıqları profilaktik tədbirlər barədə geniş məlumat vermiş, sosial fəallığın artırılmasının vacibliyini bir daha vurğulamışdır. Daha sonra Şamaxı rayonu 10 saylı orta məktəbin tərbiyə işləri üzrə direktor müavini K. Əliyev də zərərli vərdişlərlə mübarizə üçün gördükləri işlər barədə məlumat vermiş, sağlam həyat tərzinin təbliği istiqamətində cəmiyyət daxili maarifləndirmə işinin təşkilinin əhəmiyyətinə toxunmuşdur.

Dəyirmi Masada Rayon icra hakimiyyətinin, təhsil şöbəsinin nümayəndələri, müəllimlər, bir sıra orta məktəblərin tərbiyə işləri üzrə direktor müavinləri, rayon polis şöbəsinin əməkdaşları, habelə QHT VƏ KİV təmsilçiləri də iştirak etmişdir. Tədbir zamanı bu sahədəki beynəlxalq təcrübə, mövcud qanunvericilik bazası, qanunların tələbləri ilə bağlı maarifləndirmə işləri ilə yanaşı imperativ mexanizmlərin tətbiqi məsələləri birgə müzakirə edilmişdir.

 

Mətbuat Xidməti

04.11.2017