AVCİYA seçkilərə kömək məqsədilə maarifçilik təbliğatını davam etdirir

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Azərbaycan Respublikası Milli Məclis seçkilərinin uzunmüddətli müşahidəsinə dair ARALIQ HESABAT
AVCİYA Ağ Evə ünvanlanmış petisiya layihəsi ilə bağlı keçirilən müsabiqənin qaliblərini mükafatlandırıb
ABŞ rəsmiləri AVCİYA – nın Şirvan ofisində olublar

(Əvvəli ötən buraxılışımızda)

Müşahidəçilər üçün davranış qaydaları
Müşahidəçi öz davranışlarında hər hansı səhvlərə yol verməmək üçün aşağıdakı qaydalara əməl etməlidir:
• seçki prosesində neytral və təmənnasız mövqe tutmalıdır;
• seçki prosesini yalnız müşahidə etməli, ona müdaxilə etməməlidir.
• seçki komissiyalarının üzvləri ilə dialoqa girməməli, təlimat və göstərişlər verməməli, sualları olarsa komissiyanın sədrinə müraciət etməlidir;
• yalnız öz qənaətlərinə əsaslanan məlumatları qeydə almalıdır;

Müşahidəçilərə aşağıda qeyd olunanları etmək qadağandır:
• seçicilərə seçki bülletenləri vermək;
• seçiciyə necə səs verəcəyi və ya necə səs verməsi haqqında suallar vermək;
• seçicinin xahişi ilə onun əvəzinə seçki bülleteni alınması haqqında imza etmək;
• seçicinin xahişi ilə seçki bülletenini doldurmaq;
• seçki komissiyalarının həlledici səs hüquqlu üzvləri ilə birlikdə seçki bülletenlərinin hesablanmasında birbaşa iştirak etmək;
• seçki komissiyalarının işinə maneə törədən hərəkətlər etmək;
• seçicilər arasında təbliğat və təşviqat aparmaq;
• bu və ya digər namizədin dəstəklənməsi kimi qiymətləndirilə bilən hərəkətlər və ya çağırışlar etmək;
• müvafiq seçki komissiyasının qərarlarının qəbul olunmasına müdaxilə etmək;
• seçicilərin suallarına cavab vermək (öz statusu ilə bağlı suallar istisna olmaqla).
Göstərilən tələblərə riayət etməyən müşahidəçinin qeydiyyatı onu qeydə almış seçki komissiyasının müraciəti əsasında müvafiq məhkəmə tərəfindən ləğv edilə bilər.

• hər bir müşahidəçi Milli Məclisə seçkilər haqqında qanunda nəzərdə tutulmuş qaydada seçki məntəqələrinin təşkili, seçici siyahılarının və seçki bülletenlərinin tərtibi, səsvermə otağına aid tələblər və səsvermənin keçirilməsi qaydaları haqqında ümumi bilgilərə malik olmalıdır;
• səsvermə başlamazdan əvvəl, müşahidəçilərin iştirakı ilə komissiya üzvləri seçki bülletenlərini saymalıdırlar;
• komissiyanın sədri müşahidəçilərin iştirakı ilə boş seçki qutusunu və daşınan seçki qutusunu bağlamalı, möhürləməli və səsvermənin başlandığını elan etməlidir;
• yerli və beynəlxalq müşahidəçilər eyni hüquqlara malikdirlər və eyni vəzifələr daşıyırlar;
• Azərbaycan Respublikasının vətəndaşları beynəlxalq müşahidəçi statusu ala bilməzlər;
• müşahidəçi müşahidəni öz təşəbbüsü ilə və ya qeydə alınmış namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun, seçkilər sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatının təşəbbüsü əsasında apara bilər;
• seçki komissiyalarında rəsmi daxil olmuş şikayətlərə baxıldıqda maraqlı tərəfin nümayəndələrinin iclasda iştirak etmək hüququ vardır;
• səsvermə gününədək seçki komissiyasının iclasını müşahidə etmək hüququna yalnız Mərkəzi seçki Komissiyasında qeydiyyatdan keçərək xüsusi icazə almış müşahidəçilər malikdirlər;
• səsvermə günü seçki komissiyasının iclasını müşahidə etmək üçün xüsusi icazə tələb olunmur;
• müşahidəçilərin istənilən seçki məntəqəsinin səsvermə otağına maneəsiz buraxılışı təmin edilməlidir;
• müşahidəçinin soyadı, adı, atasının adı, yaşayış yerinin ünvanı, onu ğöndərən təşkilatın və ya namizədin adı olan lövhəciyi olmalıdır;
• müşahidəçinin göndərilməsi haqqında qabaqcadan xəbər vermək tələb olunmur;
• səsvermə günü müşahidəçilərin siyahısı məntəqə seçki komissiyasının katibi tərəfindən tərtib olunur;
• seçki məntəqəsində səsvermədə iştirak edən seçicilərdən, məntəqə seçki komissiyasının üzvlərindən, müşahidəçilər, qeydə alınmış namizədlər və onların səlahiyyətli nümayəndələri, siyasi partiyaların vəkil edilmiş şəxslərindən başqa digər şəxslərin olması qadağandır;
• səsvermədə seçici kimi iştirak etmə halları istisna edilməklə, seçki məntəqəsində dövlət orqanlarının vəzifəli şəxslərinin olması qadağandır;
• məntəqə seçki komissiyasının sədri tərəfindən hüquq-mühafizə orqanları işçiləri məntəqədə asayişin bərpa edilməsi məqsədi ilə seçki məntəqəsinə dəvət oluna bilərlər və öz vəzifələrini icra etdikdən sonra seçki məntəqəsini dərhal tərk etməlidirlər;
• hüquq-mühafizə orqanının işçisi səsvermə zamanı səsvermə otağında olduqda səsvermə dayandırılır. Səsvermə zamanı asayişi bərpa etmək 6 saatdan artıq mümkün olmazsa, dairə seçki komissiyasının qərarı ilə seçki məntəqəsi bağlanır. Belə seçki məntəqələrində səsvermə etibarsız sayılır;
• seçici seçki bülletenini doldurarkən səhvən onu korlayarsa yeni seçki bülleteni verilməsini xahiş edə bilər. Bu halda seçki komissiyasının üzvü korlanmış bülleteni ortadan kəsməklə ləğv edir, ayrıca zərfə qoyur, seçiciyə yeni bülleten verir və seçicilər siyahısında seçicinin soyadından sağda müvafiq qeyd edir. Bu barədə dərhal ayrıca akt tərtib olunur;
• seçicinin səsvermə otağından kənarda səs vermək istəyi müşahidəçilərin iştirakı ilə məntəqə seçki komissiyasına göndərilən yazılı ərizədə təsdiq olunmalıdır;
• seçici yardım olmadan öz seçki bülletenini ala və ya işarələyə bilmədikdə, başqa şəxsdən kömək istəyə bilər. Seçiciyə seçki bülleteninin işarələnməsində kömək edən şəxsin familiyası və adı seçicilər siyahısında, həmin seçicinin seçki bülletinini aldığını təsdiqləyən imzasının yanında qeyd olunmalıdır;
• seçicinin adı seçicilər siyahısında olmadıqda, komissiya üzvü seçicidən onun şəxsiyyətini təsdiq edən sənəd tələb etməli, onun adını əlavə siyahıya daxil etməlidir;
• səsvermə kabinəsində eyni zamanda birdən artıq seçici ola bilməz;
• daşınan seçki qutusunu ən azı bir müşahidəçi müşayiət etməlidir;
• daşınan seçki qutusu seçki məntəqəsinə qaytarilan kimi, komissiya sədri istifadə olunmamış bülletenlərin sayını, həmçinin korlanmış bülletenlərin sayını yazmalı, daşınan seçki qutusu vasitəsilə səs vermiş seçicilərin seçici siyahısındakı adlarının qarşısında xüsusi işarə qoymalıdır;
• Seçki qutusunda, paylanmış seçki bülletenlərinin sayından artıq sayda seçki bülleteni ola bilməz;
• Müşahidəçilər müşahidənin yekunlarına dair rəylərini mərkəzi, dairə və ya məntəqə seçki komissiyasının sədrinə təqdim etdikdə həmin rəy səsvermənin nəticələri və ya seçkilərin yekunları haqqında protokola əlavə edilməlidir və s.
(Davamı var)