AVCİYA seçkilərlə bağlı reqionlarda tədbirlərə başladı

Ağ Evin saytına yerləşdirilən petisiya ilə bağlı İqtisad Universitetində görüş keçirilib
23 dekabr 2009-cu il tarixdə keçirilmiş bələdiyyə seçkiləri ilə bağlı BƏYANAT
Sumqayıt Dövlət Universitetinin kollektivinə AVCİYA-nın petisiya layihəsi ilə bağlı məlumat verilib

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Seçki Qərargahı fəlaiyyət proqramına uyğun olaraq Azərbaycan Respublikasında keçiriləcək 07 noyabr 2010 – cu il Milli Məclisə seçkilərlə əlaqədar regionlarda fəaliyyətinin daha da gücləndirib. İlk tədbir AVCİYA – nın Xaçmaz şəhərində yerləşən regional ofisində keçirilib. Tədbirdə AVCİYA Seçki Qərargahının cari ildə reqionlarda görəcəyi işlər müzakirə edilmişdir. Seçki qərargahının rəhbəri M. Zülfüqarlı bildirib ki, AVCİYA bununla bağlı işini üç mərhələdə qurmağı planlaşdırır. İlk növbədə assosiasiyanın reğional ofislərinin işinin parlament seçkilərinə uyğunlaşdırılası, növbəti mərhələdə reqionlarda seçici fəallığının artırılması üçün seminarların keçirilməsi nəzərdə tutulur. Üçüncü mərhələdə isə müşahidəçilər üçün treniqlər keçiriləcək. Növbəti tədbrlərin Şirvan, Ağsu, Lənkəran, Zaqatala, Oğuz, Gəncə, Goranboy reqional ofislərində keçirilməsi nəzərdə tutulur. Digər mərhələlərdə tədbirlər daha geniş miqyasda keçiriləcək və daha çox rayonu əhatə edəcək. Növbəti mərhələdə seçki müşahidəçiləri üçün Yaddaş kitabçalarının nəşr olunub yayılması da planlaşdırılır.

AVCİYA Mətbuat Xidməti