AVCİYA Sumqayıt Universitetində seminar keçirdi

Azərbaycandakı prezident seçkisində “exit-poll”u keçirəcək qurumlardan birinin adı bəlli oldu
AVCİYA yeniyetmələrə siqaret satılması haqqında monitorinqin nəticələrini açıqladı
AVCİYA Regionlarda tədbirlərə start verdi

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Prezident seçkiləri ərəfəsi Respublikanın 12 regional mərkəzində müşahidəçilərə treninqlər başa vurduqdan sonra seçki maarifçiliyi ilə bağlı yeni layihənin icrasına başlayıb.
Bu gün assosiasiyanın üzvləri Sumqayıt Dövlət Universitetində seminar keçirdi. 100-dən artıq tələbə və müəllimin qatıldığı seminarda Venesiya komissiyasının tövsiyələri, Seçki Məcəlləsinə edilən dəyişiklər, seçici fəallığının artırılması yolları, seçkilərin ədalətli və şəffaf keçirilməsində maarifçilik işinin əhəmiyyəti, müşahidəçilərin hüquq və vəzifələri, “exit-poll”, “quick-count” tədqiqatları və s. məsələlər müzakirə olunmuşdur. Tədbirdə AVCİYA Seçki Qərargahının rəhbəri Məhərəm Zülfüqarlı, AVCİYA-nın təmsilçiləri Ramil Qasımzadə və Osman Ağayev çıxış edərək seminar iştirakçılarının suallarına cavab vermişlər.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə AVCİYA «Prezident və bələdiyyə seçkilərində seçici fəallığının artırılması, seçkilərin ədalətli və şəffaf keçirilməsinə kömək məqsədilə maarifçilik işinin təşkili» mövzusunda regionlarda tədbirləri davam etdirir.