“Exit-poll” tədqiqatı ilə bağlı treninqlərin birinci mərhələsi başa çatıb

AVCİYA regionlarda əhalini kommunal xidmətlər və istehlakçı hüquqları ilə bağlı maarifləndirir
PRESS-RELİZ
Qarabağla bağlı petisiya dünyada ikinci olub

“ELS” Müstəqil Araşdırmalar Mərkəzinin Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası ilə birgə prezident seçkiləri günü keçirəcəyi “Exit-poll” tədqiqatı ilə bağlı treninqlərin birinci mərhələsi başa çatıb. Mərkəzdən verilən məlumata görə, treninqlərin birinci mərhələsində ölkə ərazisində bütün dairə və məntəqələr üzrə keçiriləcək “Exit-poll” tədqiqatında 1600 nəfərdən yuxarı intervüer və 200-ə qədər supervayzerlər iştirak edib. Təlimdə intervüer və supervayzerlərə təlimçilər tərəfindən “Exit-poll” haqqında və tədqiqatın keçirilməsi qaydaları barədə ətraflı məlumat verilib. Həmçinin təlimlərdə iştirakçılara “Exit-poll” zamanı istifadə olunan anket və sorğu vərəqələrinin formaları göstərilib. Məlumatda qeyd olunur ki, treninqlərin birinci mərhələsində keçirilən təlimlərdə təlimçilər ciddi problemlə qarşılaşmayıblar. Bir sıra rayonlarda “Exit-poll” tədqiqatında iştırak edəcək bəzi intervüerlər yaş və xarici görünüş kriteriyalarına cavab vermədiyi üçün ehtiyatda olan intervüerlərlə əvəzlənib. Eyni zamanda təlimlərdə ATƏT-in Bakı ofisinin nümayəndələri iştirak ediblər və onlar treninqin keçirilmə səviyyəsindən razılıqlarını bildiriblər. Bundan başqa treninqlərin birinci mərhələsində keçirilən təlimlərə “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin ekspert qrupu da qatılıb və “Exit-poll”un keçirilmə qaydaları ilə bağlı intervüer və supervayzerlərə tövsiyyələrini verib.

Xatırladaq ki, treninqlərin birinci mərhələsi sentyabrın 22-də başa çatıb. Mərkəzdən verilən məlumata görə, namizədlərin dəqiq siyahısı təsdiqləndikdən sonra sentyarın 27-də treninqlərin ikinci mərhələsinə start veriləcək.