AVCİYA yeni layihəyə start verdi

Seşki Qərargahı – “Parlament seçkilərinə hazırlığın I mərhələsinin yekunları”
AVCİYA Seçki Qərargahının rəhbəri ATƏT nümayəndələri ilə görüşdü
“31 mart Azərbaycan tarixinin soyqırım səhifələrindən biridir» mövzusunda Dəyirmi Masa keçirilib

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə “Seçici hüquqlarının müdafiəsinin, seçki şikayətlərinə baxılmasının təkmilləşdirilməsi üçün tövsiyyələrin hazırlanması və regionlarda maarifçilik işinin təşkili” adlı layihənin icrasına başlayıb.
Azərbaycan Avropa Şurasına üzv qəbul olunduqdan sonra demokratik seçkilər üçün əlverişli mühütin yaradılması istiqamətində bir sıra ciddi addımlar atılıb. Səsverənlərin barmağına mürəkkəb vurulması, şəfaf qutulardan istifadə olunması, seçici siyahılarının dərc edilməsi, müstəqil “exit-poll”arın keçirilməsi, xaricdən maliyyələşən yerli QHT-lər üzərindən seçkilərin müşahidəsi ilə bağlı məhdudiyyətlərin aradan götürülməsi, məntəqələrdə veb kameraların quraşdırılması, elektron səsvermə təcrübəsindən istifadə olunması və s. yeniliklər buna misal ola bilər.
Respublikada seçici hüquqlarının müdafiəsi ilə bağlı da bir sıra müsbət irəlləyişlər əldə olunub. 2005 – ci ildə seçkilərdə yol verilmiş pozuntulara görə 10 seçki dairəsində seçkilərin nəticələrinin etibarsız hesab edilməsi, bəzi seçki dairələrində səslərin yenidən hesablanması, qanun pozuntularına yol verdiklərinə görə üç icra hakimiyyəti başçısının vəzifəsindən azad edilməsi, 2009 – cu il seçki prosesinə müdaxilə etdiyinə görə bir icra hakimiyyəti başçısının vəzivədən kənarlaşdırılması, 2010 – cu il parlament seçkilərində DSK – lar tərəfindən qeydiyyata alınmayana namizədlərin hüquqlarının MSK – lar tərəfindən bərpa olunması,seçkidən sonra şikayətlərə baxılaraq 46 MnSK- nın nəticələrinin ləğv edilməsi və s. hallar buna əyani sübutdur. Bundan əlavə əvvəlki illərdən fərqli olaraq seçki siyahılarında adı olmayan seçicilərin səs verməsi üçün məhkəmələrə müracət etməsi kimi hallar aradan qaldırılaraq, prosedur sadələşdirilib.
Lakin bütün bunlara baxmayaraq seçici hüquqlarının müdafiəsi sahəsində görüləsi işlər hələ çoxdur. Bunun üçün seçki şikayətlərinə baxılması prosedurunun nisbətən sadələşdirilməsinə,“Seçki Məcələsi”nə beynəlxalq standartlara uyğun bir sıra dəyişiklərin edilməsinə ehtiyac var. Bundan əlavə seçici hüququnun müdafiəsi sahəsində müsbət irəlləyişlər əldə etmək üçün vətəndaşlar arasında maarifçilik işlərinin həyata keçirilməsi, onlara hüquqi yardımların göstərilməsi də mühüm əhəmiyyət kəsb edir.
Layihənin əsas məqsədi seçicilərin hüquqlarının müdafiəsinə yaxından kömək göstərmək, şəfaf və demokratik seçkilərin keçirilməsimə dəstək verməkdir. Bunun üçün seçki qanunvericiliyinin təkmilləşdirilməsi, əhali arasında maarifçilik işlərinin aparılması, seçicilərin demokratik seçkilərə inamını daha da artırmaq layihənin qarşısında duran əsas vəzifələrdəndir. Azərbaycana seçki qanunvericiliyinin təkmilləşdirilməsində yardımçı olan Venetsiya komissiyası ilə əməkdaşlıq etmək, onlar tərəfdən daha real təklimlərin irəli sürülməsinə yardımçı olmaq da layihənin əsas vəzifələri siyahısındadır.
4 ay müddətində icra ediləcək layihə çərçivəsində ölkənin 5 regionynda seminar keçirilməsi, seçki qanunvericliyinin təkmilləşdirilməsi üçün tövsiyyələrin hazırlanması və kitab nəşri nəzərdə tutulur.

AVCIYA Mətbuat Xidməti