Avropa İttifaqı Paşinyanı seçkilərdəki qələbəsi ilə bağlı təbrik edib

Antalya şəhərində Antalya Diplomatiya Forumunun açılış mərasimi keçirilib
III MDB Oyunlarının çövkən yarışlarında bürünc medalın sahibi müəyyənləşib
Azərbaycan Beynəlxalq Bankı ilk Bakı Kouçinq və Liderlik Konfransına dəstək verəcək

Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Antonio Koşta Ermənistanın fəaliyyətə Baş naziri Nikol Paşinyanı partiyasının parlament seçkilərindəki qələbəsi münasibətilə təbrik edib.

“Report”un Avropa bürosu məlumat yayıb ki, bu barədə Koşta “X” sosial şəbəkəsində yazıb.

A.Koşta Aİ-nin ölkə ilə energetika, ticarət və rəqəmsallaşma sahələrində əməkdaşlığı davam etdirəcəyini qeyd edib.

“Bizim möhkəm tərəfdaşlığımız bütün region üçün daha dinc və firavan gələcəyə qoyulan sərmayədir”, – o qeyd edib.

Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas da N.Paşinyanı təbrik edib.

Aİ müdafiə nazirlərinin Nikosiyada (Kipr) keçirilən qeyri-rəsmi görüşündən əvvəl o, jurnalistlərə bildirib ki, Ermənistandakı seçkilərin nəticələri Rusiyanın təzyiqinə baxmayaraq, ölkə vətəndaşlarının Avropa ilə yaxınlaşma kursunu dəstəklədiyini göstərir.

K.Kallasın sözlərinə görə, Aİ Ermənistana, o cümlədən onun gələcək inkişafı və Avropa institutları ilə yaxınlaşması ilə bağlı islahatların həyata keçirilməsində dəstəyini davam etdirəcək.

Qeyd edək ki, Nikol Paşinyanın “Vətəndaş müqaviləsi” partiyası bülletenlərin 100 %-nin hesablanmasından sonra 49,825 % səs toplayıb

Report