AVROPA ŞURASI PARLAMENT ASSAMBLEYASI – # 1059 (1995)1

“Xocalı – tariximizin qanlı səhifəsidir” mövzusunda “dəyirmi masa” keçirilmişdir
Heidi Hautala: Avropa Parlamentinin üzvləri Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirələrdə iştirak etməlidirlər
Məşhur türk müğənnidən Azərbaycana dəstək

AVROPA ŞURASI PARLAMENT ASSAMBLEYASI
ERMƏNİSTAN VƏ AZƏRBAYCANDA QAÇQIN VƏ MƏCBURİ KÖÇKÜNLƏRİN
HUMANİTAR VƏZİYYƏTİNƏ DAİR QƏTNAMƏ 1059 (1995)1

1.Assambleya 1988-ci ildə başlayan Dağlıq Qarabağ münaqişəsinin Ermənistan və Azərbaycanda ifadə edilə bilməyən insan əzabları, minlərlə həlak olanlar, on minlərlə yaralı və bir milyondan artıq qaçqın və məcburi köçkünlərlə nəticələndiyindən təəssüflənir.
2.Son rəqəm hədələr, törədilmiş vəhşiliklərə dair məruzələr və 1991-ci ildən öncə Sovet hakimiyyətinin əmrlərindən sonra öz evlərini tərk etməyə məcbur edilən yüz minlərlə insanı əhatə edir.
3.Ermənistan və Azərbaycanın 1991-ci ildə müstəqilliklərini elan etmələrindən sonra onların iqtisadiyyatları ciddi şəkildə tənəzzül etmişdir. Vəziyyət münaqişənin və qonşu ölkələrin tətbiq etdikləri iqtisadi blokadanın təsiri ilə pisləşmişdir.
4.Nəticədə, hər iki ölkənin əhalisi həyat səviyyəsinin ciddi şəkildə aşağı düşməsinə məruz qalmışdır, və artmaqda olan çətinliklərlə, o cümlədən yüksələn işsizlik və kəskin su, yanacaq və enerji qıtlığı ilə üzləşir. Birləşmiş Millətlər Təşkilatının hesablamalarına görə, hər iki ölkədə bir milyondan artıq insan hazırda yoxsulluq səviyyəsindən aşağı yaşayır.
5.Əsasən qaçqınlar və, xüsusilə Azərbaycanda tələblərə cavab verməyən çadırlarda yaşayanlar əsas istilik, qida və tibbi yardım qıtlığının olmasından kəskin çətinliklərlə üzləşirlər.
6.Birləşmiş Millətlər Təşkilatının yardım proqramları hər iki ölkədə 1992-ci ilin dekabrından təsis edilmişdir. Lakin, onların maliyyələşdirilməsi vəziyyətin ehtiyaclarını təmin etməkdə yetərli deyil.
7.Bundan əlavə, BMT agentlikləri bazar iqtisadiyyatına keçid, mərkəzsizləşdirmə və səhiyyə və təhsil proqramları üçün məlumatlarla təminata dair hər iki hökumətə məsləhətlər verir və yardım göstərir. Buna baxmayaraq, aidiyyatı ölkələrdə, o cümlədən Gürcüstandakı ayrı-ayrı qərargahlardan hazırda idarə olunan bu xidmətlər əməkdaşlıq yolunda müəyyən maneələrlə çətinləşmişdir, və onların təqdim edilməsi təcrübə, idarəetmə və vəsaitlərin uzun müddətə ən effektiv şəkildə hərəkətə gətirilməsini əks etdirməyə bilər.
8. Assambleya 12 may 1994-cü ildə qüvvəyə minmiş atəşkəsi alqışlayan, bütün tərəfləri buna ziyan vura biləcək hər hansı düşmənçilik aktından çəkinməyə çağıran və, xüsusilə maraqlı tərəflərin parlament nümayəndələri arasında dialoqu həvəsləndirməklə sülh sazişinin imzalanmasına bütün qüvvəsi ilə yardımını təklif edən 1251 saylı (1994) Qətnaməsini yada salır.
9.Assambleya müharibə edən tərəflərə geri qayıtmaq arzusunda olan qaçqınların, başqa yerdə məskunlaşmaq istəyənlərə kompensasiya vermək şərti ilə, öz evlərinə mümkün qədər erkən qayıtmasını təşkil etmək; azlıqların hüquqlarına hörmət etmək; və onlar arasında olan bütün nəqliyyat və rabitə vasitələri üzərində blokadaya və Rusiya və Türkiyənin tətbiq etdikləri blokadaya dərhal son qoymaq çağırışlarını təkrar qeyd edir.
10. Assambleya təkid edir ki:
◦Ermənistan, Azərbaycan və Gürcüstan hökumətləri təcili yardım və səhiyyə, təhsil, bərpa və inkişafa dair uzunmüddətli proqramların təqdim edilməsində BMT agentlikləri və qeyri-hökumət təşkilatları ilə geniş əməkdaşlıq etsinlər;
◦Gürcüstan hökuməti BMT-nin yardımı ilə Mesxeti türklərinin geri qayıtması və məskunlaşdırılmasını qəbul etsin və BMT-ni bu xüsusilə zəif qrupun vəziyyətinə xüsusi diqqət yetirməyə çağırır;
◦Avropa İttifaqı, özünün Humanitar İdarəsi vasitəsilə, Cənubi Qafqaz əhalisinin zəif təbəqələrinə yardımını artırsın.
11.Nəhayət, Assambleya Qafqazda sülhün yenidən bərpasına yardım etmək və humanitar vəziyyəti yaxşılaşdırmaq üçün daha geniş beynəlxalq səylərin göstərilməsinə çağırır və bu məqsədlə, üzv dövlətlərin hökumət və parlamentlərini yetmiş illik təcriddən çıxmaqda olan bu regiona öz yardım, təcrübə və əməkdaşlıq təkliflərini etməyə təşviq edir.
1 – Mətn Assambleyanın adından fəaliyyət göstərən Daimi Komitə tərəfindən 15 mart 1995-ci ildə qəbul edilmişdir.
Bax: Sənəd 7250, Miqrasiya, Qaçqınlar və Demoqrafiya üzrə Komitənin məruzəsi, məruzəçi: cənab Atkinson; və Sənəd 7266, Avropanın Qeyri-üzv Ölkələri ilə əlaqələr üzrə Komitəsinin rəyi, məruzəçi: cənab Jeszenszki.