Avropa Şurasının Nazirlər Komitəsi dekabrda “Çıraqovlar Ermənistana qarşı” işi üzrə növbəti müzakirələr keçirəcək

6 milyard dollarlıq “Mərkəzi-Şərqi Azəri” layihəsi təsdiq edildi
Ali Baş Komandan İlham Əliyev Silahlı Qüvvələrin rəhbər heyətinin iştirakı ilə operativ müşavirə keçirib
Apreldə Bakıda beynəlxalq İKT forumu keçiriləcək

“Hazırda Avropa İnsan Hüquqları Məhkəməsinin gündəmində Azərbaycanla bağlı hər hansı ciddi məsələ yoxdur”.

“Report” xəbər verir ki, bunu Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər şöbəsinin sektor müdiri, Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsindəki daimi nümayəndəsi Çingiz Əsgərovjurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Avropa Məhkəməsində bütün dövlətlərlə münasibətdə şikayətlər olduğu kimi Azərbaycanla bağlı da şikayətlər var: “Bu, əsasən, şəxsi həyata hörmət, azadlıq və s. kimi hüquqlarla əlaqəlidir”.

Ç.Əsgərov xatırladıb ki, Avropa Məhkəməsi “Çıraqov və başqaları Ermənistana qarşı” işi üzrə artıq qərar qəbul edib və Avropa Şurasının Nazirlər Komitəsinin iclasında bir dəfə bu məsələyə baxılıb: “Növbəti dəfə məsələyə bu ilin dekabr ayında baxılacaq. Gözləyirik ki, Ermənistan hökuməti qərarın icrası ilə bağlı görülən tədbirlər barədə məlumat təqdim etsin və biz onu müzakirə edək. Hələlik hər hansı məlumat yoxdur. Məlum olan odur ki, Ermənistan qərarın icrasından imtina edir”.