Avropanın Müşahidə Qrupu Azərbaycandakı prezident seçkisinin nəticələrini müsbət qiymətləndirib

AVCIYA Şirvanda bələdiyyə seçkiləri ilə bağlı seminar keçirib
Noyabrın 1-i Kənd təsərrüfatı işçilərinin peşə bayramı günüdür
Gəncədə Azərbaycanın dövlətçilik tarixinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans işə başlayıb

Avropa Ölkələrinin Ictimai Təşkilatlari və QHT-lərinin Nümayəndələrindən və Ekspertlərindən Ibarət Müşahidə Qrupu Azərbaycanda keçirilən prezident seçkisinin nəticələrini müsbət qiymətləndirib.

«Azərbaycandakı seçkilər beynəlxalq demokratik standartlara müvafiq olaraq keçirilib. Seçki prosesində yüksək texnologiyalardan istifadə olunub», cümə axşamı müşahidə qrupunun Trend News-a daxil olan bəyanatında qeyd olunub.

Qrupa Avropanın 7 ölkəsini təmsil edən 34 nəfərlik beynəlxalq müşahidəçi daxildir. Beynəlxalq müşahidəçilər təkcə Bakıda deyil, bir sıra regionlarda da, xüsusilə Qubada müşahidələr aparıblar. İki fransız muşahidəci ilk dəfə olaraq azadlıqdan məhrumetmə yerlərində də muşahidə aparıb (qadın həbsxanası, kişi həbsxanası, məhbuslar ucun xəstəxana). /Trend/