AVCİYA seçkilərin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirib

AVCİYA Prezident seçkiləri ilə əlaqədar Aralıq Hesabatı təqdim etdi
AVCİYA Şirvan, Quba və Sumqayıtda seminar keçirdi
AVCİYA nümayəndələri ABŞ Milli Demokratiya İnstitutu və Avrasiya Əməkdaşlıq Fondunda oldular

Prezident seçkilərini müşahidə etmiş Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası müşahidələrin nəticələrinə həsr olunmuş mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, AVCİYA-nın seçki qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı bildirib ki, seçki günü bir sıra məntəqələrdə xırda qanun pozuntuları aşkarlanıb və bununla bağlı faktlar Mərkəzi Seçki Komissiyasına təqdim olunacaq. O, eyni zamanda bu xırda qanun pozuntularının seçkilərin ümumi nəticələrinə təsir etmədiyini bildirib. Məhərrəm Zülfüqarlı seçkilər günü AVCİYA-nın 125 seçki dairəsi üzrə 5148 seçki məntəqəsində müşahidə apardığını vurğulayıb. Mətbuat konfransında çıxış edən “Els” Müstəqil Araşdırmalar Mərkəzinin sədri İradə Yaqubova bildirib ki, onun təmsil etdiyi qurum seçkilər günü 118 dairə seçki komissiyasının 800 məntəqəsində “exit-poll” və səslərin paralel sayılmasını həyata keçirib. O nəticələrin səsvermə başa çatdıqdan sonra ictimaiyyətə açıqlandığını vurğulayıb. /APA/