Azərbaycan iqtisadiyyatı 4,7 faiz böyüyüb

Bu gün Zəngilan şəhərinin işğaldan azad edilməsindən bir il ötür
Birinci vitse-prezident Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü ilə bağlı paylaşım edib
Çin telekanalı: Azərbaycan tarixi ənənələri və müasirliyi birləşdirən ölkədir

Cari ilin yanvar-sentyabr aylarında ölkədə 92 milyard 829,5 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,7 faiz çox ümumi daxili məhsul istehsal olunub.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,9 faiz, qeyri-neft-qaz sektorunda isə 7,1 faiz artıb.

ÜDM istehsalının 37,1 faizi sənaye, 9,6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 6,3 faizi tikinti, 2,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 faizi informasiya və rabitə sahələrinin, 19,2 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 10,2 faizini təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 9102,9 manata bərabər olub.

AZƏRTAC